Merabişvilinin həbs olunmasının məqsədi siyasi səhnədən onun uzaqlaşdırması deyildi, lakin onun kameradan çıxarılması təsdiqlənir
Merabişvilinin həbs olunmasının məqsədi siyasi səhnədən onun uzaqlaşdırması deyildi, lakin onun kameradan çıxarılması təsdiqlənir

Gürcüstanın keçmiş baş naziri Vano Merabişvilinin ilkin olaraq əsaslı həbsini, ona təziq etmək vasitəsi kimi, sonralar qeyri qanuni istifadə etdilər, – bu haqqda Vano Merabişvilinin işi barəsində Strasburq Məhkəməsinin qərarında deyilir. Qərarın presrelizini Avropa İnsan Haqqları Məhkəməsi yayır.

“Vano Merabişvili Gürcüstana Qarşı” işi Gürcüstanın keçmiş baş naziri, Vano Merabişvilinin yaxalanması və ilkin həbsinə aiddir. Merabişvili sübut edirdi ki, yaxalanması və ilkin həbsi, onun siyasi səhnədən uzaqlaşdırılması məqsədini güdürdü və prokurorluq, onun həbsindən bir neçə ay sonra kameradan gizli çıxarmasına cəhd etdi ki, sonralar onun həbsdə olmasını ona qarşı təziq vasitəsi kimi istifadə edə idi və Gürcüstanın keçmiş prezidenti, Mixail Saakaşvilinin xarici bank hesabları və Zurab Jvaniyanın ölümü haqqda məlumat ala idi”, – sənəddə deyilir.

Məhkəmənin rəsmi veb səhifəsində yayılan presrelizə əsasən, Strasburqun Böyük Palatası, Vano Merabişvilinin işi üzrə yekdilliklə müəyyən etdi ki, İnsan Haqqları Avropa Konvensiyasının beşinci maddəsinin birinci paraqrafı, Merabişvilinin yaxalanması və ya ilkin həbsi ilə pozulmayıb.

Yekdilliklə müəyyən etdi ki, İnsan Haqqları Avropa Konvensiyasının beşinci maddəsinin üçüncü paraqrafı, onun ilkin həbsi ilə pozulmayıb.

8-ə qarşı 9 səslə müəyyən etdi ki, İnsan Haqqları Avropa Konvensiyasının 18-ci maddəsi beşinci maddənin birinci müddəası ilə birlikdə pozuldu.

 

Məhkəmə müəyyən etmədi ki, Vano Merabişvilinin ilkin həbsi əsasən onun siyasi səhnədən uzaqlaşdırılması ilə əlaqədardır. Lakin məhkəmə ilkin həbs zamanı onun kameradan gizli çıxarılması və gecə dindirilməsini əsaslı və müvafiq olaraq təsdiqlənmiş kimi hesab etdi. Məhkəmə hesab etdi ki, Merabişvilinin azadlıq hüququnun təcridinə araverməyən forma verildi. Məhkəmə hər növ mühiti nəzərə alaraq müəyyən etdi ki, təcridin əsas məqsədi vaxtaşırı dəyişdi – Strasburq Məhkəməsinin qərarında deyilir.

Keçmiş baş nazir, Vano Merabişvilinin kameradan gizli çıxarılması epizodu haqqında İnsan Haqqları Məhkəməsi – Vano Merabişvili Gürcüstana Qarşı işi üzrə qərarı bu gün bəyan etdi.

 

Şərh yaz