İrakli Ğaribaşvili - hər bir vətəndaş üçün, xüsusilə də ölkə ərazi bütövlüyü uğrunda özlərini qurban verən hərbçilərimiz üçün önəmli gündür
İrakli Ğaribaşvili - hər bir vətəndaş üçün, xüsusilə də ölkə ərazi bütövlüyü uğrunda özlərini qurban verən hərbçilərimiz üçün önəmli gündür

Əminəm ki, bu presedentlə və ardıcıl siyasətlə, mütləq qalib gələcəyik və ölkəmizin bütövlüyünü sülh yolu ilə bərpa edəcəyik, – Gürcüstan Müdafiə naziri, İrakli Ğaribaşvili İnsan Ha1qları Avropa Məhkəməsinin qərarını dəyərləndirərkən bəyan etdi.

“Təbrik edirəm! Ölkəmiz üçün həqiqətən tarixi qələbə günüdür. Biz ardıcıl olaraq, hüquq yolu ilə beynəlxalq məhkəmədə Rusiyanı udduq və fundamental olaraq insan hüquqlarını pozan və işğal ərazilərində milli soyqırımı həyata keçirən Rusiyanın, aqressiv üzü bir daha təsdiq olundu. Hər bir vətəndaş üçün, xüsusilə də ölkə ərazi bütövlüyü uğrunda özlərini qurban verən hərbçilərimiz üçün önəmli gündür. Əminəm ki, bu presedentlə və ardıcıl siyasətlə, mütləq qalib gələcəyik və ölkəmizin bütövlüyünü sülh yolu ilə bərpa edəcəyik”, – İrakli Ğaribaşvili bəyan eduir.

2008-ci il müharibəsi işi üzrə Strasburq Məhkəməsi qərarını elan etdi. Strasburq Məhkəməsi Gürcüstanın tələbi ilə razılaşdı ki, Rusiya avqust müharibəsi zamanı İnsan Hüquqları Avropa Konvensiyasının bir neçə maddəsini pozdu.