İrakli Kobaxidze Macarıstanın Baş naziri Peter Madiar tərəfindən keçirilən rəsmi qəbulda iştirak edib
Gürcüstanın Baş naziri İrakli Kobaxidze müxtəlif ölkələrin liderləri ilə birlikdə Macarıstanın Baş naziri Peter Madiar tərəfindən keçirilən və Macarıstan inqilabının 70 illik yubileyinə həsr olunmuş rəsmi qəbulda iştirak edib.
Gürcüstanın hökumət başçısı Macarıstanın Baş nazirini yubiley tarixi münasibətilə təbrik edib, macar xalqına sülh və rifah arzulayıb.
Peter Madiar rəsmi qəbulun qonaqları qarşısında çıxış edərək, Macarıstan inqilabının 70 illik yubileyinə həsr olunmuş tədbirlərdə iştirak etdiklərinə görə təşəkkürünü bildirib.