Patrul Polisi — Vətəndaşların bir hissəsinə guya yol hərəkəti qaydalarını pozduqlarına görə cərimələndikləri barədə qısa mətn mesajları göndərilir, onları çaşdırılmamaya çağırırıq

19:06, 22.05.2026

Gürcüstan Daxili İşlər Nazirliyinin Patrul Polisi Departamenti adından bəzi vətəndaşlara guya yol hərəkəti qaydalarını, xüsusilə sürət həddini aşdıqlarına görə cərimələndikləri barədə qısa mesajlar göndərilir. Mesajlara həmçinin keçid linki də əlavə olunur. Bu barədə Gürcüstan Patrul Polisinin bəyanatında deyilir.

Bəyanatda qeyd olunur ki, həmin mesajlar Patrul Polisi Departamenti tərəfindən göndərilməyib.

“Vətəndaşları məlumatlandırmaq məqsədilə bildiririk ki, qeyd olunan mesajlar Patrul Polisi Departamenti tərəfindən göndərilməyib. Vətəndaşları çaşdırılmamaya və mesajda göstərilən təlimatları yerinə yetirməməyə çağırırıq. Əlavə məlumat üçün Patrul Polisinin vahid xidmət mərkəzinə müraciət edə bilərsiniz. Həmçinin bildiririk ki, bu fakt müvafiq xidmət tərəfindən araşdırılacaq”, — deyə Gürcüstan Patrul Polisinin açıqlamasında bildirilir.

Oxşar