Azərbaycan Xarici İşlər Nazirliyi – Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayışla bağlı dərin kədər hissi keçirdiyimizi bildiririk

12:10, 20.11.2026

Tbilisidə yaşayış binasında baş vermiş faciəvi partlayışla bağlı dərin kədər hissi keçirdiyimizi bildiririk, – bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

“Sevdiklərini itirən ailələrə səmimi qəlbdən başsağlığı veririk. Düşüncələrimiz bu faciədən zərər çəkən bütün insanların yanındadır. Xəsarət alanlara isə tezliklə və tam sağalmalarını arzulayırıq”, – Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.

Bu gün Ponicalada yaşayış binasında baş vermiş qaz partlayışı dağıntıya səbəb olub. Bədbəxt hadisə nəticəsində dağıntılar altında yeddi nəfər qalırdı. Əvvəlcə xilasedicilər dağıntılar altından azyaşlı qızı çıxarıblar. Həkimlərin sözlərinə görə, qızın səhhəti qənaətbəxşdir. Hadisə yerində axtarış-xilasetmə işləri davam edir. Dağıntılar altından beş nəfərin cəsədi çıxarılıb. Hazırda xilasedicilər dağıntılar altında qalan bir nəfəri axtarırlar.

Oxşar