Avropa İttifaqı - Rusiya Gürcüstanla münasibətdə İnsan Hüquqları Avropa Məhkəməsinin mərhələ qərarının müvafiq yerinə yetirilməsini təmin etməlidir
Avropa İttifaqı - Rusiya Gürcüstanla münasibətdə İnsan Hüquqları Avropa Məhkəməsinin mərhələ qərarının müvafiq yerinə yetirilməsini təmin etməlidir

Rusiya Gürcüstanla münasibətdə İnsan Hüquqları Avropa Məhkəməsinin mərhələ qərarının müvafiq yerinə yetirilməsini təmin etməlidir, – bu barədə Avropa İttifaqının xarici siyasət xidmətinin mətbuat katibi, Peter Stano bəyan etdi.

“2008-ci ildə Gürcüstanda baş verən silahlı münaqişə ilə bağlı, İnsan Hüquqları Avropa Məhkəməsinin son zamankı hökmü açıqca göstərdi ki, Rusiya İnsan Hüquqları Avropa Konvensiyasının nizamnaməsini pozdu. Rusiya Gürcüstanla münasibətdə İnsan Hüquqları Avropa Məhkəməsinin mərhələ qərarının müvafiq yerinə yetirilməsini təmin etməlidir”, – Peter Stano “tvitter” sosial şəbəkəsində yazır.

2008-ci il müharibəsi işi üzrə Strasburq Məhkəməsi 21 yanvarda qərarını elan etdi. Strasburq Məhkəməsi Gürcüstanın tələbi ilə razılaşdı ki, Rusiya avqust müharibəsi zamanı İnsan Hüquqları Avropa Konvensiyasının bir neçə maddəsini pozdu.