Vano Merabişvili sabah Polşaya gedəcək
Vano Merabişvili sabah Polşaya gedəcək

Gürcüstanın keçmiş baş naziri və keçmiş Daxili İşlər naziri, Vano Merabişvili sabah Polşaya gedəcək. Məlumat Merabişvilinin “feysbuk” səhifəsində yayıldı.

“Sabah səhər Vano Merabişvili Polşaya gedəcək. Burada Seym rəhbərliyinin dəvəti ilə müxtəlif tədbirlərdə iştirak edəcək.

Bundan sonra isə, təxirəsalınmaz müalicə kursundan keçməyi planlaşdırır.

Müalicədən sonra Merabişvili Gürcüstana qayıdacaq”, – Merabişvilinin “feysbuk” səhifəsində yayılan məlumatda deyilir.