Polşada son 24 saat ərzində koronavirusun 21 045 yeni halı aşkar edildi
Polşada son 24 saat ərzində koronavirusun 21 045 yeni halı aşkar edildi

Polşada son bir gündə, noyabrdan sonra, koronavirusa yoluxmanın ən yüksək göstəricisi qeydə alındı. Məlumatı “Reuters” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Agentliyin yazdığına görə, ölkə koronavirus pandemiyasının üçüncü dalğası ilə mübarizə aparır.

Polşada son 24 saat ərzində koronavirusun 21 045 yeni halı qeydə alındı, 375 insan vəfat etdi.

Pandemiyanın başlamasından bu günə qədər, Polşada koronavirusun 1 849 424 halı təsdiq olunub, 46 363 pasiyent vəfat edib.