Polşada son 24 saat ərzində koronavirusun 17 260 yeni halı qeydə alındı
Polşada son 24 saat ərzində koronavirusun 17 260 yeni halı qeydə alındı

Polşada son bir gündə, noyabrdan sonra, koronavirusa yoluxmanın ən yüksək göstəricisi qeydə alındı. Məlumatı “Reuters” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinad edərək yayır.

Agentliyin yazdığına görə, ölkə koronavirus pandemiyasının üçüncü dalğası ilə mübarizə aparır.

Polşada son 24 saat ərzində koronavirusun 17 260 yeni halı qeydə alındı.

Pandemiyanın başlamasından bu günə qədər, Polşada koronavirusun 1.8 milyondan artıq halı təsdiq olunub, 45 997 pasiyent vəfat edib.