David Zalkaliani Varşavada Polşalı həmkarı, Zbiqnev Rau ilə görüşdü
David Zalkaliani Varşavada Polşalı həmkarı, Zbiqnev Rau ilə görüşdü

Varşava şəhərində rəsmi səfər çərçivəsində, Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Varşavada Polşalı həmkarı, Zbiqnev Rau ilə görüşdü.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər iki ölkənin sıx partnyorluq əlaqələrini xüsusilə qeyd etdilər və mövcud dost əlaqələrinin yüksək səviyyədə qorunub saxlanılmasına hazırlıqlarını ifadə etdilər.

Gürcü tərəfi Polşaya, Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə qarşı dəstəyinə görə, minnətdarlığını bildirdi. Həmçinin, ölkəmizin Avropa və Avroatlantik dəstəyinə qarşı Polşanın tərəfdarlığının xüsusi əhəmiyyəti qeyd olundu.

Bu kontekstdə tərəflər o faktı alqışlayırlar ki, Gürcüstan Şimali Atlantik Aliyanınsının video formatda keçirilən xarici işlər minesterialında, məhz Polşadan, polyak həmkarı ilə birlikdə iştirak edir.

David Zalkaliani Polşalı həmkarına pandemiya dövründə Gürcüstan üçün edilən yardıma, o cümlədən, Polşada olan Gürcüstan vətəndaşlarının repatriasiyası prosesinə görə, təşəkkürünü bildirdi.

Tərəflər razılaşdılar ki, pandemiya ilə mübarizədə əməkdaşlığı gələcəkdə də davam etdirsinlər.

Görüşdə söhbət, son zamanlar bölgədə inkişaf edən hadisələr fonunda yaranmış təhlükəsizlik mühitinə aid oldu.