Varşavada Polşanın yeni seçilmiş prezidentin andiçmə mərasimi keçirildi
Varşavada Polşanın yeni seçilmiş prezidentin andiçmə mərasimi keçirildi

Varşavada Polşanın yeni seçilmiş prezidentin andiçmə mərasimi keçirildi. Bu vəzifəni ikinci müddət ilə Andjey Duda tutacaq.

Nitqlə çıxışı zamanı Duda NATO-nun müttəfiqləri, özəlliklə də ABŞ ilə əməkdaşlığa xüsusi diqqət yetirdi.

Xatırladaq ki, ötən həftə məlum oldu ki, Polşada əlavə 1000 Amerikalı hərbçi yerləşdiriləcək.

Andjey Duda koronavirusa görə bir ay təxirə salınan seçkilərdə qələbəyə nail oldu. Onun andiçmə mərasimində müxalifətçilərin böyük hissəsi iştirak etmirdi.