Nikoloz Samxaradze - Strasburqun tarixi qərarında birmənalı müəyyən olunub ki, Rusiya Gürcüstan vətəndaşlarının bir neçə hüququnu pozdu
Nikoloz Samxaradze - Strasburqun tarixi qərarında birmənalı müəyyən olunub ki, Rusiya Gürcüstan vətəndaşlarının bir neçə hüququnu pozdu

Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin bəyan etdiyinə görə, Strasburqun tarixi qərarında birmənalı müəyyən olunub ki, Rusiya 2008-ci ilin avqustunda və sonrakı dövrdə Gürcüstan vətəndaşlarının bir neçə fundamental hüququnu pozdu.

“Təsdiq olunub ki, Rusiya bu günə qədər Abxaziya və Sxinvali ərazilərinə effektli nəzarəti həyata keçirir. Həmçinin Gürcüstan vətəndaşlarına imkan verimir ki, öz evlərinə qayıtsınlar. Bu, Strasburqun presedentsiz qərarıdır və Gürcüstana şanslar verir ki, ərazi bütövlüyü sülh yolu ilə bərpa olunsun. Bu nəticənin baş verməsi üçün, bu illər ərzində gördükləri əməkləri üçün, hər bir dövlət xadiminə, xüsusilə də Ədliyyə Nazirliyinə təşəkkürümü bildirirəm”, – Nikoloz Samxaradze qeyd etdi.

2008-ci il müharibəsi işi üzrə Strasburq Məhkəməsi qərarını elan etdi. Strasburq Məhkəməsi Gürcüstanın tələbi ilə razılaşdı ki, Rusiya avqust müharibəsi zamanı İnsan Hüquqları Avropa Konvensiyasının bir neçə maddəsini pozdu.