Şalva Natelaşvili - Avropa Məhkəməsinin verdikti ilə, Sxinvali bölgəsi daha da uzaqlaşdı, buna görə olmayan qələbə barəsində söhbəti dayandıraq
Şalva Natelaşvili - Avropa Məhkəməsinin verdikti ilə, Sxinvali bölgəsi daha da uzaqlaşdı, buna görə olmayan qələbə barəsində söhbəti dayandıraq

Başa düşürəm ki, keçmiş və indiki hakim qüvvələr qeyd olunan qərarın qəbulunda öz xidmətlərini qeyd etmək istəyirlər, lakin inanın, bu verdiktlə Sxinvali bölgəsi buna qədər olduğundan daha da uzaqlaşdı, – Şalva Natelaşvili avqust müharibəsi işi üzrə İnsan Hüquqları Avropa Məhkəməsinin qərarına bu cür əks səda verdi.

Natelaşvilinin fikrincə, mövcud olmayan qələbə barəsində söhbət dayandırımalıdır.

“İndi mən də sizinlə birlikdə, Avropa Məhkəməsi verdikti barəsində duyarkən həqiqətən sevindim. Lakin bu qərarla tanış olduqdan sonra, harada da birbaşa yazılıb ki, 7 avqustda Rusiya əsgərləi Gürcüstanda olmayıblar və Rusiya 8-12 avqustda Sxinvali bölgəsində baş verənlərə məsuliyyət daşımır, çünki sən demə onlar sülhməramlıları və mülki əhalini Gürcüstan silahlı qüvvələrindən müdafiə edirlərmiş, sevincimdən bir şey qalmadı. Başa düşürəm ki, keçmiş və indiki hakim qüvvələr qeyd olunan qərarın qəbulunda öz xidmətlərini qeyd etmək istəyirlər, lakin inanın, bu verdiktlə Sxinvali bölgəsi, buna qədər olduğundan daha da uzaqlaşdı.

Buna görə, mövcud olmayan qələbə barəsində söhbətləri dayandıraq. P.S Belə bir təəssüratım qaldı ki, Avropa Məhkəməsi dispozisiya hissəsində Bidzina İvanişvili və Salome Zurabişvilinin Putin ilə hazırladığı bəyanatları əks etdirdi o barədə ki, sanki öz torpağımızda müharibəni özümüz başladıq”, – Şalva Natelaşvili “feysbuk” səhifəsində yazır.

2008-ci il müharibəsi işi üzrə Strasburq Məhkəməsi 21 yanvarda qərarını elan etdi. Strasburq Məhkəməsi Gürcüstanın tələbi ilə razılaşdı ki, Rusiya avqust müharibəsi zamanı İnsan Hüquqları Avropa Konvensiyasının bir neçə maddəsini pozdu.

Şərh yaz