Dövlət Təhlükəsizliyi Xidməti Pankisidə keçirilən xüsusi əməliyyatla bağlı məlumat yayır (video)

Dövlət Təhlükəsizliyi Xidməti Tbilisidə, Beri Qabriel Salosi küçəsində və Pankisi dərəsində həyata keçirilən xüsusi əməliyyatlarla bağlı məlumat və video-material yayır.

“Bildiyiniz kimi, Qabriel Salosi küçəsindəki xüsusi əməliyyat zamanı Ahmed Çatayev özünü partlatdı, Rusiya vətəndaşları olan digər teroristlər İbragim Adaşev və Aslanbeq Soltanaxmedov likvidasiya edildilər, teroristlərdən biri Şoaip Borziyev isə, həbs edildi.

Məhkəmə qərarı əsasında, 2017-ci ilin dekabrın 26-da Tbilisidə və Axmeta rayonunun Duisi və Omalo kəndlərində, qeyd olunan şəxslərin həbs edilməsi üçün xüsusi əməliyyat keçirildi. Bu mərhələdə, həbs edilən şəxslərin Ahmed Çatayevlə bilavasitə əlaqəsi olduğu aşkarlandı. İstintaq çalışmalarının nəticəsi olaraq, video-kadrlar aşkarlanıb, hansında ki, Ahmed Çatayev və onun qrupunun üzvlərinin: Şoaip Borziyevin və Aslanbeq Soltanaxmedovun, Pankisidə vurulan Temirlan Maçalikaşvili ilə bərabər Tbilsidə hərəkət etdikləri görünür.

Bu video-kadrlar bugün ictimaiyyətə göstərildi.

Beri Qabriel Salosi küçəsində, Ahmed Çatayevin özünü partlatdığı mənzildə isə, Temirlan Maçalikaşvilinin adına hazırlanan bank hesab müqavilələri və xarici bank rekvizitləri tapıldı.

Şoaip Borziyevin telefonunda isə, Temirlan Maçalikaşvilinin adına hazırlananan bank müqaviləsindəki fotosu tapıldı.

İstintaqın bu mərhələsində həmçinin məlum oldu ki, Pankisidə həbs edilən Zurab Qornakaşvili, Türkiyənin Hopa şəhərinə Ahmed Çataev və onun qrupuna yardım etmək üçün şəxsən getdi və onları öz avtomobili ilə, Gürcüstan-Türkiyə sərhədinə gətirdi.

Həbs edilən Ruslan Aldamov və Baadur Çopanaşvili, Ramaz Marqoşvili və Temirlan Maçalikaşvili ilə bərabər Ahmet Çatayev və qrupunun Gürcüstana daxil olmalarına və mənzildə yerləşmələrinə bilavasitə yardım ediblər.

Qeyd olunan məsələ ilə bağlı istintaq davam edir” – deyilir DTX-nın bəyanatında.