Kaxaber Sabanadze - Pankisi dərəsində bu mərhələdə heç kim yaxalanmayıb
Kaxaber Sabanadze - Pankisi dərəsində bu mərhələdə heç kim yaxalanmayıb

Daxili İşlər nazirinin müavini, Kaxaber Sabanadzenin bəyan etdiyinə görə, Pankisi dərəsində baş verən hadisələrlə bağlı bu mərhələdə heç kim yaxalanmayıb.

“Bu mərhələdə heç kim yaxalanmayıb, ıakin qanunu kim pozdusa, sözsüz ki, qanun çərçivəsində cavab verəcək”, – Sabahanze bəyan etdi.

Daxili İşlər naziri, Giorgi Qaxariya Pankisi dərəsində aksiya iştirakçıları ilə, bağlı qapılar arxasında görüşdü. Yerli sakinlərin birinin evində görüşdə, Maya Tskitişvili və Levan Davitaşvili iştirak edirdilər.

Buna qədər Daxili İşlər naziri, Giorgi Qaxariya durum ilə hadisə yerində tanış oldu. Dİ nazirin dediyinə görə, xüsusi təyinatlı dəstə üzvlərinin cavab reaksiyası, əhali tərəfindən daşların atılmasından sonra baş verdi. Nazirin dediyinə görə, bu yolverilməzdir və reaksiya sərt olacaq.

Qarşıdurma nəticəsində bir neçə insan xəsarət aldı.

Yerli əhali Pankisi dərəsində SES-in tikintisi üzrə işləyən traktora maneçilik tərətməyə cəhd göstərdi. Aksiya iştirakçıları xüsusi təyinatlı dəstə üzvlərini daşqalaq etdilər. Hüquqmühafizəçilər onlara qarşı gözyaşardıcı qazdan istifadə etdi.