Martvili və Çğondidi Yeparxiyasında baş verən fakt üzrə istintaqa başlanıldı
Martvili və Çğondidi Yeparxiyasında baş verən fakt üzrə istintaqa başlanıldı

Martvili və Çğondidi Yeparxiyasında baş verən fakt üzrə istintaqa başlanıldı.

Daxili İşlər Nazirliyi Gürcüstan Cinayət Məcəlləsinin 124-cü maddəsi ilə iş qaldırdı. Polis hadisə yerini sarı lent ilə bağladı.

Martvili və Çğondidi Yeparxiyasında qarşıdurma zamanı bir neçə insan, o cümlədən media nümayəndəsi xəsarət aldı.

Qarşıdurmaya səbəb Yeparxiyaya yeni təyin olunmuş mitropolit Stepane tərəfindən iki dini şəxs, Konstantine Qabisoniya və Petre Ğuduşaurinin dini rütbəsinin əlindən alması oldu.

Qarşıdurma zamanı, Yeparxiyanın ikinci mərtəbəsinin eyvanından bir neçə insan yıxıldı. Xəsarət alanları xəstəxanaya apardılar.

Möminlərin bir hissəsi tələb edir ki,  yeni təyin olunmuş mitropolit Stepane Yeparxiyanı dönmədən tərk etsin.