"Peri" şirkətinin direktoru - Pankisi dərəsinə patrul polisinin üç maşını ilə daxil olduq, daha artıq qüvvə olmasa idi, pis nəticəmiz olacaqdı
"Peri" şirkətinin direktoru - Pankisi dərəsinə patrul polisinin üç maşını ilə daxil olduq, daha artıq qüvvə olmasa idi, pis nəticəmiz olacaqdı

Pankisi dərəsinə patrul polisinin üç maşını ilə daxil olduq, daha artıq qüvvə olmasa idi, inanın mənə, daha pis nəticəmiz olacaqdı, – bu barədə “Peri” şirkətinin direktoru, Laşa Yordanişvili bəyan etdi.

Elə onun bəyan etdiyinə görə, Pankisi dərəsində SES-in tikintisinə başlanılması günündən əhali məlumatlandırılmışdı və Yordanişvilinin dediyinə görə, heçkim etiraz etməmişdir.

Jurnalistin sualına ki, SES-in tikintisi barəsində nəyi planlaşdırır, Yordanişvili bəyan edir ki, dünən Pankisi dərəsində baş verən hadisələrdən sonra, bu məsələ onun səlahiyyətlərindən çıxır.

Pankisi dərəsində yerli əhali və xüsusi təyinatlı dəstə arasında qarşıdurma iki dəfə baş verdi. Aksiya iştrakşıları hüquqmühafizəçiləri daşqalaq etdilər.

Daxili İşlər naziri, Giorgi Qaxariya Pankisi dərəsində aksiya iştirakçıları ilə, bağlı qapılar arxasında görüşdü. Yerli sakinlərin birinin evində görüşdə, Maya Tskitişvili və Levan Davitaşvili iştirak edirdilər. Elə onun qeyd etdiyinə görə, tikinti, əhalinin 90 faizinin dəstəklədiyi təqdirdə davam etdiriləcəkdir.

Gürcüstan Daxili İşlər Nazirliyi Pankisi dərəsində polis işçilərinə hücum və polis texnikasının zədələnməsi faktı üzrə istintaqa başladı.

Şərh yaz