Qriqol Liluaşvili və Vaxtanq Qomelauri xüsusi əməliyyat zamanı vəfat edən İvane Qolaşvilinin xatirəsini yad etdilər
Qriqol Liluaşvili və Vaxtanq Qomelauri xüsusi əməliyyat zamanı vəfat edən İvane Qolaşvilinin xatirəsini yad etdilər

Dövlət Təhlükəsizlik Xidmətinin rəhbəri, Qriqol Liluaşvili və Daxili İşlər naziri, Vaxtanq Qomelauri, xidmətin rəhbər şəxsləri ilə birlikdə, xüsusi əməliyyat zamanı vəfat edən, xüsusi təyinatlı dəstə üzvü, İvane Qolaşvilinin xatirəsini yad etdilər və ailə üzvlərinə başsağlığı verdilər.

Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi təyinatlı dəstə üzvü, İvane Qolaşvili 2017-ci ilin 21-22 noyabrda, Tbilisidə, Beri Qabriel Salosi küçəsində, Axmed Çatayevə qarşı aparılan xüsusi əməliyyat zamanı həlk oldu. Xüsusi əməliyyat zamanı həmçinin, dörd hüquqmühafizəçi yaralandı.

İvane Qolaşvili, Vaxtanq Qorqosali adına birinci dərəcəli orden və Dövlət Təhlükəsizlik Xidmətinin medalı ilə təltif olundu.

Məlumatı Dövlət Təhlükəsizlik Xidməti yayır.