İqtisadiyyat Nazirliyi Pankisi dərəsində kiçik SES-in tikintisi barəsində bəyanat yayır
İqtisadiyyat Nazirliyi Pankisi dərəsində kiçik SES-in tikintisi barəsində bəyanat yayır

İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi Pankisi dərəsində kiçik SES-in tikintisi barəsində bəyanat yayır.

Bəyanatda qeyd olunduğu kimi, idarə tikinti işinə qatılmış presonalın təhlükəsizliyi məqsədi ilə, DİN-ə özü müraciət etdi.

Nazirlik tərəfindən yayılan bəyanatda deyilir:

“Pankisi dərəsində baş verən hadisələr barəsində açıqlama vermək istəyirik.

2017-ci ildə Gürcüstan hökuməti tikinti icazəsini, bütün müvafiq idarələr tərəfindən müsbət cavab verildikdən sonra verdi.

Həmçinin qanun ilə nəzərdə tutulmuş bütün tələblər yerinə yetirildi. Bənzər layihənin həyata keçirilməsi barəsində yerli əhali məlumatlandırıldı. Qeyd olunasıdır ki, “Alazani Enerci”-nin təsisçisi “Peri” MMC gürcü şirkətidir.

Gürcüstanın başqa bölgələrində, təəssüflər olsun ki, bənzər hadisələrin baş verməsinə görə, İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi, Daxili İşlər Nazirliyinə müraciət etdi ki, tikinti işlərində iştirak edən personalın təhlükəsizliyi təmin olunsun”, – bəyanatda deyilir.