Mamuka Baxtadze - xüsusi hörmətlə Pakisidə yaşayan əhaliyə müraciət etmək istəyirəm, layihəni heç bir zaman həyata keçirməmişik ki, vətəndaşlarla dialoqumuz olmasın
Mamuka Baxtadze - xüsusi hörmətlə Pakisidə yaşayan əhaliyə müraciət etmək istəyirəm, layihəni heç bir zaman həyata keçirməmişik ki, vətəndaşlarla dialoqumuz olmasın

Hüquqmühafizəçilərimizə qarşı aqressiya qəbuledilməzdir, bundan irəli gələrək qanunun cavabı da müvafiq olacaqdır, – bu barədə Gürcüstanın baş naziri, Mamuka Baxtadze Pankisidə dünən inkişaf edən hadisələri dəyərləndirərkən bəyan etdi.

Mamuka Baxtadzenin qeyd etdiyinə görə, Pankisi dərəsində həqiqətən vətənpərvər insanlar və vətəndaşlar yaşayırlar.

Elə onun dediyinə görə, Gürcüstan yoxsulluğu dəf etməlidir, yoxsuluğun aradan qaldırılması isə, iqtisadiyyatın inkişafından asılıdır.

“Gürcüstanın iki düşməni var, işğal və yoxsulluq. İqtisadiyyatın inkişafı üçün əlavə enerji lazımdır. Elektrikenerjinin əlavə gücü tikintisiz mümkün deyil. Biz yaşayışın yaxşılaşdırılmasına doğru cəhd edirik”, –  Mamuka Baxtadze bəyan etdi.

Yerli əhali Pankisi dərəsində SES-in tikintisi üzrə işləyən traktora maneçilik tərətməyə cəhd göstərdi. Aksiya iştirakçıları xüsusi təyinatlı dəstə üzvlərini daşqalaq etdilər. Hüquqmühafizəçilər onlara qarşı gözyaşardıcı qazdan istifadə etdi.

Daxili İşlər naziri, Giorgi Qaxariya Pankisi dərəsində aksiya iştirakçıları ilə, bağlı qapılar arxasında görüşdü. Yerli sakinlərin birinin evində görüşdə, Maya Tskitişvili və Levan Davitaşvili iştirak edirdilər.

Elə onun qeyd etdiyinə görə, tikinti, əhalinin 90 faizinin dəstəklədiyi təqdirdə davam etdiriləcəkdir.

Gürcüstan Daxili İşlər Nazirliyi Pankisi dərəsində polis işçilərinə hücum və polis texnikasının zədələnməsi faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 353-cü prima və 187-ci maddəsi ilə istintaqa başladı.

Şərh yaz