Mamuka Baxtadze - hesab edirəm ki, öz missiyamı bu mərhələ üçün yerinə yetirdim
Mamuka Baxtadze - hesab edirəm ki, öz missiyamı bu mərhələ üçün yerinə yetirdim

Mamuka Baxtadze bu gün yayılan bəyanatında qeyd edir ki, baş nazir vəzifəsini nəyə görə tərk edir. Mamuka Baxtadze yazır ki, onun fikirincə, missiya bu mərhələ üçün yerinə yetirilib.

“İnkişafın strateji çərçivəsi yaradılıbdır, tədbiq olunubdur və müvafiq olaraq vəzifəmi tərk etmək qərarını qəbul etdim, çünki hesab edirəm ki, öz missiyamı bu mərhələ üçün yerinə yetirdim.

Mənim üçün böyük şərəf və eyni zamanda böyük məsuliyyət idi ki, Gürcüstanın baş naziri vəzifəsində ölkəmizin maraqlarının qorunmasına xidmət edəydim. Mən “Gürcü Arzusunun” üzvü idim və varam”, – Mamuka Baxtadzenin bəyanatında deyilir.

Mamuka Baxtadzeni Parlament Gürcüstanın baş naziri olaraq 2018-ci ilin iyunun 20-də təsdiq etdi.