Pankisi dərəsində polis işçilərinə hücum və polis texnikasının zədələnməsi faktı üzrə DİN istintaqa başladı
Pankisi dərəsində polis işçilərinə hücum və polis texnikasının zədələnməsi faktı üzrə DİN istintaqa başladı

Gürcüstan Daxili İşlər Nazirliyi Pankisi dərəsində polis işçilərinə hücum və polis texnikasının zədələnməsi faktı üzrə Gürcüstan Cinayət Məcəlləsinin 353-cü prima və 187-ci maddəsi ilə istintaqa başladı.

“Yerli əhalinin müəyyən qrupu polis işçilərinə hücum etdi, onlara daşlar atdılar, nəticədə əlavə polis qüvvəsinin səfərbərliyi lazım gəldi. Hadisə yerində olan yerli əhali polisə müqavimət göstərdi. Polis texnikası zədələndi, polis işçiləri və vətəndaşlar xəsarət aldılar”, – bəyanatda deyilir.

İdarənin məlumatına görə, ümumilikdə 55 insana tibbi yardım göstərildi, o cümlədən 38 polis işçisinə və 17 vətəndaşa. 23 polis işçisi bu vaxta qədər Telavi xəstəxanasında qalmaqdadır.