Zurab Abaşidze - Luqar laboratoriyası haqqındaki bəyanatlarlarla Rusiya beynəlxalq ictimaiyyətin diqqətini öz üzərindən atıb, başqa yerə çəkməyə çalışır
Zurab Abaşidze - Luqar laboratoriyası haqqındaki bəyanatlarlarla Rusiya beynəlxalq ictimaiyyətin diqqətini öz üzərindən atıb, başqa yerə çəkməyə çalışır

Luraq laboratoriyası haqqında verdiyi rəsmi bəyanatlarla, Rusiya beynəlxalq ictimaiyyətin ona qarşı irəli sürdüyü ittihamlardan qaçınıb, diqqəti öz üzərindən atmağa çalışır – bu barədə bəyanatı Gürcüstan-Rusiya münasibətləri məsələləri üzrə baş nazirin xüsusi nümayəndəsi Zurab Abaşidze İnterfaksla müsahibə zamanı verdi.

Zurab Abaşidze bəyan etdi ki, Rusiyada yayılan məlumatın həqiqətlə heç bir əlaqəsi yoxdur.

“Tbilisi kiçik şəhərdir və burada hamı hərşeyi bilir. Luqar laboratoriyasında insanların zəhərlənib, sonrada cəsədlərinin paketlə çıxardılması haqqında bəyanatlar sadəcə sabun balonudur və yaxında partlayacq. Belə məlumat yayanlar isə, çox utanacaqlar” – dedi Zurab Abaşidze.

Onun dediyinə görə, laboratoriya artıq çoxdandır gürcülərə verilib və orada gürcü mütəxəssisləri çalışırlar.

Abaşidze qeyd etdi ki, laboratoriyayı tamamən Gürcüstan iqtidarı maliyyələşdirir.

“Noyabrda,Tbilisidə kimyəvi silahla mübarizə ilə bağlı beynəlxalq seminar keçiriləcək, hansında 20-dən artıq ölkənin mütəxəssisləri iştirak edəcəklər. Seminarda iştirak etməyi Rusiya tərəfində də təklif etdik, ancaq rus mütəxəssisləri təklifimizi rədd etdilər. Ümid edirik ki, bu haqda fikirlərini dəyişəcəklər, çünki bu seminar gəlib hərşeyi öz gözləri ilə görmək üçün bir fürsətdir” – dedi Abaşidze.

Laboratoriyanın hər bir obyektinə rus mütəxəssislərinin yaxın qoyulubb-qoyulmayacağı haqqında suala isə, Abaşidze cavab verdi ki, Gürcüstanın gizlədiləcək heçnəyi yoxdur.

Təbii ki, laboratoriyanın bütün qapıları açıq olacaq – dedi Abaşidze.