Gürcüstanda koronavirusun daha iki halı təsdiq olundu
Gürcüstanda koronavirusun daha iki halı təsdiq olundu

Gürcüstanda koronavirusun daha iki halı təsdiq olundu.

Gürcüstan hökuməti tərəfindən yaradılan rəsmi vebsəhifədə qeyd olunduğu kimi, Gürcüstanda yeni koronavirusun 15 halı qeyd olunur.

Tbilisi İnfeksiya Klinikasının bokslaşdırılmış şöbəsinin həkimi, Mariyam Endeladzenin Gürcüstanın Birinci Kanalına bildirdiyinə görə, qeyd olunan iki pasient Tbilisi İnfeksiya Klinikasının bokslaşdırılmış şöbəsinə yerləşdirilib, onların sağlamlıq durumu isə, qənaətbəxşdir. Endeladzenin dediyinə görə, qeyd olunan vətəndaşların analiz nəticələrini Luqar Laboratoriyasından klinika dünən gecə aldı. Onun qeyd etdiyinə görə, pasientlərin İtaliyadan gələn şəxslər ilə əlaqəsi var idi.

Bununla yanaşı, “stopcov.ge” vebsəhifəsində yerləşdirilən göstəricilərlə, karantin rejimində 141 insan var, satisonarda müşahidə altında isə, 51 pasientdir.