İrakli Kobaxidze - Gürcüstan və Serbiyanı Avropaya inteqrasiya yolunda ortaq baxış birləşdirir, ümumi çağırışlarımız da var, bizim üçün təcrübə mübadiləsi son dərəcə vacibdir
Serbiya Prezidenti ilə söhbətimiz zamanı Avropaya inteqrasiya məsələlərinə də toxunduq. Ölkələrimizi Avropaya inteqrasiya yolunda ortaq baxış birləşdirir, bu istiqamətdə ümumi çağırışlarımız da var. Bizim üçün bu məsələ ilə bağlı qarşılıqlı təcrübə mübadiləsi aparmaq və sıx koordinasiya son dərəcə vacibdir – bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Serbiya Prezidenti Aleksandr Vuçiç ilə keçirdiyi birgə brifinqdə deyib.
Hökumət başçısı Serbiya Respublikasının Prezidentinə onun liderliyi altında Serbiya Respublikasının Gürcüstana göstərdiyi daimi dəstəyə görə təşəkkür edib.
“Əminəm ki, bugünkü səfər və keçirilən görüşlər Gürcüstan-Serbiya münasibətlərinin tərəqqisinə mühüm töhfə verəcək, xalqlarımızın və ümumi maraqlarımızın rifahı naminə yeni imkanlar yaradacaq. Bir daha Serbiya Respublikasının Prezidenti, cənab Aleksandr Vuçiçə Gürcüstana səfər etdiyi üçün və onun liderliyi ilə Serbiya Respublikasının ölkəmizə, Gürcüstana göstərdiyi daimi dəstəyə görə dərin təşəkkürümü bildirmək istəyirəm. Buna görə ona minnətdaram. Serbiya xalqına tərəqqi, uğur və ən xoş arzularımı çatdırıram” – baş nazir qeyd edib.