Qori munisipalitetində vəfat edən 40 yaşlı kişidə koronavirus təsdiq olundu
Qori munisipalitetində vəfat edən 40 yaşlı kişidə koronavirus təsdiq olundu

Qori munisipalitetində vəfat edən 40 yaşlı kişidə “COVID-19” virusu təsdiq olundu. Hazırda hadisə yerində epidemioloqlar qrupu işləyir. Məlumatı Gürcüstanın Birinci Kanalına Qori İctimai Sağlamlıq Mərkəzinin rəhbəri, Marine Qiunaşvili təsdiq etdi.

Qoridə yaşayan kişi ilə əlaqədə olan 10-a qədər insan izolasiyaya keçirilib və iki analiz götürülərək Luqar Laboratoriyasına göndərilib.

Son bir həftə ərzində Qori munisipalitetində koronavirusun dörd yeni halı aşkar edildi. Üçünün yoluxma mənbəsi məlumdur və Kobuleti klasteri ilə əlaqədardır. 40 yaşlı kişinin yoluxması mənbəsi üzrə isə, mütəxassislər işləyirlər.

Qori munisipalitetində koronavirusun cəmi 25 halı qeydə alınıb.