Zurab Abaşidze - Azərbaycan və Ermənistanın müraciətilə, istisna şəklində, Gürcüstanın hava məkanı rus kontinqenti hissəsinin daşınması üçün istifadə olunacaq
Zurab Abaşidze - Azərbaycan və Ermənistanın müraciətilə, istisna şəklində, Gürcüstanın hava məkanı rus kontinqenti hissəsinin daşınması üçün istifadə olunacaq

Rusiya ilə əlaqələr məsələləri üzrə Gürcüstanın baş nazirinin xüsusi nümayəndəsi, Zurab Caparidze bəyan edir ki, Azərbaycan və Ermənistanın müraciətilə, istisna şəklində, Gürcüstanın hava məkanı müəyyənləşdirilmiş müddətlə, rus kontinqenti hissəsinin Qarabağa daşınması üçün istifadə olunacaq.

“Bildiyiniz kimi, gürcü tərəfi artıq Azərbaycan və Ermənistan arasında 10 noyabrda atəşkəs barəsində nail olunan rzılaşmaya əks səda verdi. Biz ümidvar olduğumuzu ifadə etdik ki, bu münaqişənin tənzimlənməsinin geniş miqyasılı prosesinə imkanlar yaradacaq. Öz növbəsində, Gürcüstan əvvələrdə hazır olduğunu ifadə etdi ki, beynəlxalq ictimaiyyət ilə birlikdə sülh prosesinin həyata keçirilməsinə imkanlar yaratsın. Gürcüstanın roluna və bizim sülh kontinqentinin məsələsinə gəldikdə, bu prosesdə qərar sülh konfiqurasiyasına əsasən qəbul olunacaq və sözsüz ki, milli maraqlardan irəli gələrək. Verilən mərhələdə məsələnin aktuallığı və sülhün bərqərar olunması üçün məhdud vaxtın nəzərə alınması ilə, Azərbaycan və eləcə də Ermənistan tərəfinin müraciətilə, qeyd edirəm, Azərbaycan və eləcə də Ermənistan tərəfinin müraciətilə istisna şəklində, Gürcüstanın hava məkanı rus kontinqenti hissəsinin daşınması üçün istifadə olunacaq və bu barədə partnyorlarımız məlumatlandırılıblar”, – Zurab Abaşidze bəyan etdi.

Zurab Abaşidzenin açıqlamasına görə, söhbət hava məkanının müəyyən müddətlə, kontinqentin daşınmasına lazım olduğu müddətlə açılmasından gedir. Elə onun dediyinə görə, söhbət qısa müddətdən gedir.

“Bu müəyyən müddətdir. Kontinqentin daşınmasına lazım olduğu bir neçə gündən söhbət gedir. Düşünürəm, bu qısa müddətdir”, – Zurab Abaşidze əlavə etdi.