XİN - beynəlxalq həmdosluğa müraciət edirik, Rusiyanın aqressiv bəyanatlarını dəyərləndirsinlər, Luqar Mərkəzinin uğurlu fəaliyyətinin şübhə altına alınmasına yol verməsinlər
XİN - beynəlxalq həmdosluğa müraciət edirik, Rusiyanın aqressiv bəyanatlarını dəyərləndirsinlər, Luqar Mərkəzinin uğurlu fəaliyyətinin şübhə altına alınmasına yol verməsinlər

Baxmayaraq ki, bu məsələ üzrə Rusiya ilə heç bir ikitərəfli hüquqi öhdəliyi yoxdur, Gürcüstan hazır olduğunu ifadə edir ki, bioloji silahın qadağan olunması konvensiyası çərçivəsində, o cümlədən rus ekspertlərinin iştirakı ilə növbəti məşq/səfəri qəbul etsin, – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin Rusya Federasiyasının Luqar Mərkəzi barəsində yaydığı bəyanat haqqında əks səda verdiyi şərhdə deyilir.

“26 mayda, Gürcüstanın qonşu ölkələrdən və partnyorlardan Müstəqillik Günü münasibətilə aldığı təbriklər zamanı, Rusiya Federasiyasının Gürcüstanda Riçard Luqar adına İctimai Sağlamlıq Tədqiqatı Mərkəzi fəaliyyəti barəsində növbəti yalan ittihamları yayıldı.

Gürcüstanın müvafiq idadərləri tərəfindən mərkəzin statusu və fəaliyyəti barəsində dəfələrlə açıqlama verildi. Lakin Rusiyanın növbəti təxribatları məcbur edir ki, bu məsələyə bir daha toxunaq. Beynəlxalq həmdosluğa müraciət edirik, Rusiyanın aqressiv bəyanatlarını dəyərləndirsinlər, Luqar Mərkəzinin uğurlu fəaliyyətinin şübhə altına alınmasına yol verməsinlər”, – Gürcüstan Xarici İşlər Nazirliyinin şərhində deyilir.

Gürcüstan Xarici İşlər Nazirliyində qeyd edirlər ki, Riçard Luqar adına İctimai Sağlamlıq Tədqiqatı Mərkəzi Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin laboratoriya vahidi kimi fəaliyyət göstərir.

“Obyekt fəaliyyətinə 2103-cü ildə başladı. Tikintisi ABŞ-Gürcüstan hökumətləri arasında 1997-ci ildə imzalanan çərçivə müqaviləsi və 2002-ci ild ABŞ Müdafiə Departamenti və Gürcüstan Müdafiə Nazirliyi arasında imzalanan müqavilə əsasında, 2004-cü ildə başladı”, – Gürcüstan Xarici İşlər Nazirliyində bəyan edirlər.

İdarədə bəyan edirlər ki, Luqar Mərkəzi, bütün avadanlığı ilə, Gürcüstan mülkiyyətinə verilib.

XİN-də bəyan edirlər ki, Gürcüstan bioloji silahın qadağan olunması konvensiyası çərçivəsində beynəlxalq öhdəliklərini səmimi yerinə yetirir.