Zaza Saralidze - ola bilsin, aksiya iştirakçılarını biraz fasilə götürməyə çağıram
Zaza Saralidze - ola bilsin, aksiya iştirakçılarını biraz fasilə götürməyə çağıram

Ola bilsin, aksiya iştirakçılarını biraz fasilə götürməyə çağıram, – bu barədə parlamentdə müvəqqəti istintaq komissiayası üzvlərinin bir hissəsi ilə görüşdən sonra, Xorava küçəsində qətlə yetirilən yeniyetmənin atası, Zaza Saralidze bəyan etdi.

Onun dediyinə görə,bu gün bir çox insident baş verdi və onlar araşdırılmalıdı.

“Aksiyaya gedirəm, vəziyyətə baxacam və ola bilsin, aksiya iştirakçılarını biraz fasilə götürməyə çağıram,çünki bu gün güc strukturları tərəfindən bir çox müəyyən edilməmiş hadisələr baş verdi. Bu barədə DİN-in Baş Müfəttişliyinə mən də çağırılmışam və getməliyəm”, – Zaza Saralidze bəyan etdi.

Onun dediyinı görə, aksiyalar ən çoxu bir həftəliyinə dayanadırılır.

“Onu də nəzərə alırıq ki, Ramazan bir həftəyə başa çatır və bütün Pankisi aksiyaya qoşulacaq”, – Zaza Saralidze qeyd etdi.