Yanoş Herman - Gürcüstanda medyanın vəziyyəti ilə bağlı Freedom House-un narahatçılığını paylaşdığımı deyə bilmərəm
Yanoş Herman - Gürcüstanda medyanın vəziyyəti ilə bağlı Freedom House-un narahatçılığını paylaşdığımı deyə bilmərəm

“Biz beynəlxalq təşkilatların hesabatlarına və mövqelərinə böyük diqqət yetiririk, ancaq Freedom House-un Gürcüstanda baş verən proseslərlə bağlı özünə məxsus mövqeyi var” – bu bəyanatı Avropa İttifaqının Gürcüstandaki səfiri Yanoş Herman Freedom House-un yaydığı hesabat ilə bağlı verdi. 

Yanoş Hermanın dediyinə görə, Avropa İttifaqının Gürcüstanda baş verən proseslərlə bağlı öz hesabatı var.

“Mənim hələ Freedom House-un hesabatı ilə tanış olmaq imkanım olmadı, ancaq aldığım xəbərə görə, Freedom House-un Gürcüstanda medya vəziyyəti ilə bağlı narahatçılığı ilə razılaşdığımı deyə bilmərəm. Avropa İttifaqı olaraq, medya və məhkəmə sisteminin vəziyyəti bizim üçün maraqlıdır. Bizim fərqli hesabatımız var və siz onu bilirsiniz” – dedi Yanoş Herman.

Beynəlxalq təşkilat Freedom House-un dəyərləndirməsinə görə, 2017-ci ildə Gürcüstanda medya azadlığı baxımıdan vəziyyət ağırlaşıb. Hesabatda 2017-ci ilin medya vəziyyətinin göstəricisi 2009-cu ildəki vəziyyət ilə eyniləşdirilib.