Vasil Mağlaperidze - Freedom House-un hesabatında yenə yanlış faktlar var və onlar da mütləq düzəldilməlidir
Vasil Mağlaperidze -  Freedom House-un hesabatında yenə yanlış faktlar var və onlar da mütləq düzəldilməlidir

Birinci Kanalın baş direktoru Vasil Mağlaperidze beynəlxalq təşkilat “Freedom House”-un hesabatında Birinci Kanal ilə bağlı səhvin düzəldilməsi haqqında  bəyanat yayır.

Bəyanatda deyilir:

“Freedom House” təşkilatı, hesabatında Birinci Kanal ilə bağlı yol verdiyi fakt səhvini dünən qismən düzəltdi, ki bu doğru bir addımdır və onu salamlayırıq, ancaq yetərli deyil, çünki qeyd olunan hesabatda yenə də qətiyyən yanlış olan faktlarla və onların yanlış dəyərləndirilməsi ilə üzləşirik.

Bundan irəli gələrək, əsas və tələb yaranır ki, hesabatın yaradılması proseduru daha şəffaf olsun və təşkilata kimlərin, hansı formada məlumat verdiyi aşkar edilsin, çünki məhz bu tipli hesabatlara əsasən, Gürcüstanda mövcud olan vəziyyət haqqında fikir və rəy yaranır.

Belə ki, təşkilata məlumat verənlərin obyektiv, kompetent və tərəfsiz olmaları çox vacibdir. Rusiyadan gələn dezinformasiya ilə bərabər, Freedom House kimi nüfuzlu təşkilatın yaydığı yanlış hesabat və faktların yanlış interpretasiyası ölkənin imicinə böyük zərər verə bilər və mövcud olan faktların doğru  dərk edilməsinə mane ola bilər.

Dünən hesabata daxil edilən düzəlişə rəğmən, hesabatda yanlış faktlar hələ də düzəldilməyib.

Hesabatda yazılıb ki, guya “İmedi” teleşirkəti 2012-ci ilə qədər iqtidarı tənqid edirdi və iqtidar dəyişdikdən sonra, yeni hakimiyyətə qarşı daha loyal oldu.

Halbuki, necə ölkə daxilində, eləcə də onun çərçivələrindən kənarda, hərkəs “İmedi”-yə xüsusi təyinantlıların hücum etdiyini və jurnalistlərin həbs edildiyini yaxşı xatırlayır. Bunları bilməmək mümkün deyil, ona görə də, məlumdur ki, hesabatda faktların qəsdlə saxtalaşdırılması faktı üzərə çıxır ki, bu da demokratiya əleyhinə məqsədyönlü bir hərəkətdir.

Gürcüstan çətinliklə də olsa, hakimiyyətin medianı tamamən idarə etdiyi o utanc verici vəziyyətdən xilas edildi və indi Freedom House kimi təşkilatların “tərs” faktları yayması, qarayı ağartmaq və tarixi yenidən yazmaq cəhdi aşkarlanır”.

Vasil Mağlaperidzenin “Facebook” səhifəsində yaydığı bəyanatında deyilir ki, Freedom House-un hesabatının təqdimatının Vaşinqtonda aprelin 18-də keçirilməsi planlaşdırırlır, ona görə də, vaxtında bu təşkilatla görüşüb, hesabatdaki kobud fakt səhvlərini düzəltmək vacibdir.

Xatırladaq ki, Beynəlxalq qeyri-hökümət təşkilatı “Freedom House” keçid dövründə olan ölkələr haqqında hazırladığı 2017-ci ilin hesabatında Gürcüstanın İctimai Yayımçısı ilə bağlı buraxılan səhvi qəbul etdi və düzəltdi.

Hesabatda qeyd olunurdu ki, Vasil Mağlaperidze kanalın baş direktoru vəzifəsinə seçildikdən sonra, parlament iclaslarını birbaşa yayımlayan İkinci Kanalı bağladı.

Təşkilat sənədə düzəlişi aprelin 13-də daxil etdi.