Vasil Mağlaperidze bəyan edir ki, sağlamlıq vəziyyətinə görə, "Gürcü Arzusu" partiyasının sədr müavini vəzifəsini tərk edir
Vasil Mağlaperidze bəyan edir ki, sağlamlıq vəziyyətinə görə, "Gürcü Arzusu" partiyasının sədr müavini vəzifəsini tərk edir

Vasil Mağlaperidze “Gürcü Arzusu” partiyasının sədr müavini vəzifəsini tərk edir. Bu barədə Mağlaperidze sosial şəbəkədə yazır.

Onun açıqlamasına görə, siyasi vəzifəni sağlamlıq vəziyyətinə görə tərk edir.

“Hər halda, hansısa axmaq versiyalar ki, əmələ gəlməsin, sağlamlıq vəziyyətimə görə, siyasi vəzifəni tərk edirəm. Müəyyən müddət ərzində fəal fəaliyyəti bacara bilməyəcəm, yoxsa zövq və baxışlarımı dəyişməmişəm. Lazım gəlsə arayış da təqdim edəcəm!”, – Vasil Mağlaperidze “feysbuk” səhifəsində yazır.