Birinci Kanalın yeni layihəsi "Birinci Kanal - Səhnə" - incəsənət ilə görüş yeri
Birinci Kanalın yeni layihəsi "Birinci Kanal - Səhnə" - incəsənət ilə görüş yeri

Birinci Kanal yeni “Birinci Kanal – Səhnə” layihəsinə başlayır hansı da, bütün ifaçılıq incəsənətini bir rəqəmsal platformada birləşdirir. Layihənin təqdimatı bu gün “Günün Kodu” verilişində baş verdi.

Pandemiyaya görə, incəsənət sahəsi imkandan təcrid olunub ki, ifadənin adi formasından istifadə etsin. İctimai Yayımçı ona onlayn məkanda alternativ təklif edir. Bir tərəfdən artıq mövcud olan auditoriyanın qorunub saxlanılmasına yardım edəcək, ikinci tərəfdən isə, tamamilə yeni seqmentin cəlb olunmasına imkanlar yaradacaq.

1tvscena.ge-də müxtəlif gürcü ifaçısının konsert yazılarını, gürcü filmlərini, teatr təqdimatlarını, sərgiləri izləyə bilərsiniz.

“Birinci Kanal – Səhnə” musiqi həvəskarlarına imkan verir ki, virtual bilet vasitəsilə, müxtəlif konsertin layv-translasiyasında iştirak etsin.

İlk layv-translasiya “Cazz Gecəsi” 28 fevralda baş tutacaq. JANGGO, Nini Nutsubidze, Anna Doy, Beka Qoçiaşvili, Levan Deisadze və Zaza Sersvadze iştirak edəcəklər.

Biletin əldə edilməsi instruksiyasi ilə qarşıdakı portalda tanış ola bilərsiniz  1tvscena.ge

“Birinci Kanal – Səhnə” marağında olan şəxslərə donasiya və incəsənətin dəstəyi üçün məbləğin köçürülməsi imkanını verir.

Onlayn-platforma istifadçiyə bir məkanda gürcü mədəniyyəti arxivini təklif edəcək. Yeni simaların aşkar edilməsinə imkanlar yaradacaq.