"Freedom House" 2017-ci ilin hesabatında İctimai Yayımçı ilə bağlı buraxılan səhvi düzəltdi
"Freedom House" 2017-ci ilin hesabatında İctimai Yayımçı ilə bağlı buraxılan səhvi düzəltdi

Beynəlxalq qeyri-hökümət təşkilatı “Freedom House” keçid dövründə olan ölkələr haqqında hazırladığı 2017-ci ilin hesabatında Gürcüstanın İctimai Yayımçısı ilə bağlı buraxılan səhvi qəbul etdi və düzəltdi.

Hesabatda qeyd olunurdu ki, Vasil Mağlaperidze kanalın baş direktoru vəzifəsinə seçildikdən sonra, parlament iclaslarını birbaşa yayımlayan İkinci Kanalı bağladı.

Təşkilat sənədə düzəlişi aprelin 13-də daxil etdi:

“Qeyd olunan hesabatın əvvəlki versiyasında yanlış olaraq, deyilirdi ki, İctimai Yayımçının İkinci Kanalı bağlandı.  Kanal bugünə qədər fəaliyyət göstərir, ancaq onun kontenti azalıb”, – deyilir Freedom House-un hesabatının düzəlişində.

Birinci Kanalın baş direktoru Vasil Mağlaperidze “Freedom House” təşkilatının hesabatında İkinci Kanalın bağlandığı və parlament iclaslarının artıq yayımlanmadığı haqqında verilən məlumatı kobud faktiki səhv adlandırmışdı.

Mağlaperidzenin bəyanatına görə, hərkəs “Meore Arxi”-yi (İkinci Kanalı) qurub, parlamentin necə plenar, eləcə də komitə iclaslarının yayımlandığında asanlıqla əmin ola bilər.

“Görünür ki, “Freedom House”-un informatorları İkinci Kanala (Meore arxi) heç baxmırlar və yaxud bilərək, səhv məlumat yayırlar. “Freedom House“-un İkinci Kanalda parlament iclaslarının artıq yayımlanmadığı barədə yaydığı məlumat sadəcə olaraq, yalandır. Məncə, hərkəs üçün məlum olan faktın bu şəkildə saxtalaşdırılması ən azından ayıbdır”, – dedi Vasil Mağlaperidze.