İctimai Yayımçı daşınmaz amlakın hərracını yenilədi
İctimai Yayımçı daşınmaz amlakın hərracını yenilədi

İctimai Yayımçı yeni bina tikacək. Tbilisidə, Kostava küçəsi 68 nömrədə yerləşən bina isə, satış üçün həəraca çıxarılıb.

İlk hərrac 40 milyon dollar (lari ekvivalentində) başlanğıc dəyəri ilə, 2020-ci ilin 16 iyunda maksimal, bir aylıq müddətlə elan edildi. Halbuki marağında olan tərəfin olmadığına görə, hərrac baş tutmadı.

İctimai Yayımçının menecmenti təkrar hərracda əmlakı 10 faiz endirimlə, 36 milton dollara (lari ekvivalentində) çıxardı. Lakin hərrac yenə baş tutmadı.

Daşınmaz əmlak növbət 10 faizlik endirimlə, 32.4 milyon dollara (lari ekvivalentində) üçüncü dəfə çıxarıldı. Lakin alıcı bu dəfə də aşkar olunmadı.

Sonra, ağırlaşmış epid-durum və ölkədə cari seçkilər prosesinə görə, menecment qərar qəbul etdi ki, hərrarc prosedurlarını müvəqqəti dayandırsın.

Bu mərhələdə İctimai Yayımçı, mülkiyyətində olan daşınmaz əmlakın sərmayədar üçün təklifini davam etdirir. Müvafiq hərrac elan olundu – əmlak hərraca 96 904 512 lari dəyərində, hərracın maksimal, bir aylıq müddəti ilə elan edildi.