Avropa Yayımçılar İttifaqının baş direktoru, Noel Kuran Tinatin Berdzenişvilini İctimai Yayımçının baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edir

Avropa Yayımçılar İttifaqının (EBU) baş direktoru, Noel Kuran Tinatin Berdzenişvilini İctimai Yayımçının baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik edir.

Noel Kuran qeyd edir ki, Tinatin Berdzenişvili Avropa Yayımçılar İttifaqının fəal üzvüdür. Elə onun dediyinə görə, Tinatin Berdzenişvilinin direktorluğu dövründə Avropa Yayımçılar İttifaqı Gürcüstan İctimai Yayımçısına bütün vasitələrlə yardım edəcək.

“Tinatin Berdzenişvilini İctimai Yayımçının baş direktoru vəzifəsinə seçilməsi münasibətilə təbrik etmək istəyirəm. O, Avropa Yayımçılar İttifaqının fəal, önəmli və fəxri üzvüdür. Hamı bilir ki, Tinatin  çox fəaldır və ötən il çox yüksək profilli gender layihəsində iştirak edirdi və əla nəticəsi var idi. Hamımız yeni xəbərlə sevinirik. Artıq Tinatinlə söhbət etdim və dedim ki, onun direktorluğu dövründə Avropa Yayımçılar İttifaqı Gürcüstan İctimai Yayımçısına bütün vasitələrlə yardım edəcək. Onu bir daha təbrik edirəm”, – Noel Kuran video müraciətində bəyan edir.