Kelli Deqnanın Gürcüstanın Birinci Kanalının baş direktoru və jurnalistləri ilə görüşü
Kelli Deqnanın Gürcüstanın Birinci Kanalının baş direktoru və jurnalistləri ilə görüşü

Gürcüstanda Amerika Birləşmiş Ştatlarının səfiri, Kelli Deqnan Gürcüstanın Birinci Kanalında qonaq oldu və İctimai Yayımçının iş prosesi ilə tanış oldu. Kelli Deqnan jurnalistləri salamladı və bundan sonra  Gürcüstanın Birinci Kanalının baş direktoru, Tinatin Berdzenişvili və yeni və cari xəbərlər blokunun rəhbəri, Giorgi Qvimradze ilə görüş keçirildi.

Tinatin Berdzenişvilinin bəyan etdiyinə görə, Kelli Deqnanın viziti peşəkarlıq baxımından çox əhəmiyyətli idi.

“İctimai Yayımçının ölkədə demokratiyanın məhək daşı rolu, jurnalistika azadlığı və İctimai Yayımçının ölkədə yaratdığı və inkişaf etdirdiyi yüksək standartlar barəsində çox söhbət etdik. Həmçinin, ümumiyyətlə media mühit və bizim mühüm partnyorluq əlaqələrimiz barəsində söhbətimiz oldu”, – Tinatin Berdzenişvili bəyan etdi.

Kelli Deqnanın qeyd etdiyinə görə, İctimai Yayımçı istənilən sağlam demokratiyada çox mühüm rol yerinə yetirir.

“Xanım Tinatin Berdzenişvili və cənab Giorgi Qvimradze ilə görüş və onlardan İctimai Yayımçının planları barəsində dinləmə  çox xoş idi. İctimai Yayımçı istənilən sağlam demokratiyada çox mühüm rol yerinə yetirir və ictimaiyyətə neytral, balanslaşdırılmış, dəqiq məlumat çatdırır, mühüm hadisələr barəsində ictimaiyyətin təhsili qayğısına qalır, o cümlədən tarix və mədəniyyət barəsində”, – Kelli Deqnan bəyan etdi.