Freedom House hesabatında "İmedi" teleşirkəti ilə bağlı buraxdığı səhvləri də düzəltdi
Freedom House hesabatında "İmedi" teleşirkəti ilə bağlı buraxdığı səhvləri də düzəltdi

Beynəlxalq təşkilat Freedom House 2017-ci ilin hesabatında mediaholdinq “İmedi” ilə bağlı yayılan iki yanlış faktı qəbul etdi və düzəltdi.

Bu barədə təşkilatın veb-səhifəsində məlumat yayıldı.

Məlumatı IMEDINEWS yayır.

Xatırladaq ki, ona qədər beynəlxalq qeyri-hökümət təşkilatı  keçid dövründə olan ölkələr haqqında 2017-ci ilin hesabatında İctimai Yayımçı ilə bağlı buraxdığı səhvi düzəltmişdi.

Hesabatda deyilirdi ki, Vasil Mağlaperidze İctimai Yayımçının baş direktoru seçildikdən sonra, parlament iclaslarını birbaşa yayan İkinci Kanalı bağladı.