Birinci Kanalın jurnalistinə Vaşinqtonda, Freedom House-un təqdimatında sual verməyə imkan vermədilər - Freedom House-nun Gürcüstan haqqında hazırladığı hesabatla bağlı cavabı nədir
Birinci Kanalın jurnalistinə Vaşinqtonda, Freedom House-un təqdimatında sual verməyə imkan vermədilər - Freedom House-nun Gürcüstan haqqında hazırladığı hesabatla bağlı cavabı nədir

Birinci Kanalın jurnalistinə Vaşinqtonda, Freedom House-un təqdimatında sual verməyə imkan vermədilər.

Gürcüstan haqqında da söz edildiyi, hesabatın təqdimatı, bugün Vaşinqtonda, Marşal fondunda keçirildi.

Sual-cavab rejimində keçirilən təqdimatda Birinci Kanalın jurnalisti Salome Kokiaşviliyə sual verməsi üçün təşkilatın nümayəndələri tərəfindən izin verilmədi. Jurnalistə dedilər ki, Gürcüstandan bir sualın artıq verildiyinə görə, digər sualların verilməsi üçün imkan yoxdur.

Gürcüstandan verilən suala gəlincə isə, sualı ABŞ-da yaşayan gürcü tədqiqatçısı verdi və o Freedom House-un Gürcüstanın İctimai Yayımçısının İkinci Kanalı ilə bağlı etdiyi düzəliş haqqında idi.

“Bildiyim qədəri ilə, hesabatda fakt səhvi var idi və Gürcüstan televiziyalarından biri sizə, səhvin düzəldilməsi üçün açıq məktubla müraciət etdi. Bu məsələ haqqında daha təfərrüatlı məlumat verə bilərsiniz mi?

İkinci sualım isə, Gürcüstanın rəsmi şəxslərinin hesabata verdikləri reaksiya ilə bağlıdır. Onlar sizi qeyri-obyektivlikdə ittiham etdilər və hesabatın etibarlılığını şübhə altına qoydular. Sizin cavabınız nədir?

Hesabatın müəllifi Neit Şenkan bu suallara belə cavab verdi:

İctimai Yayımçının İkinci Kanalının bağlanması ilə yanlış məlumatı düzəltdik, ancaq o məsələ ümumi balların dəyiştirilməsi üçün səbəb deyil. Hesabatdaki yanlış məlumat könhə hesabatdan götürülmüşdü. Kanal bağlanmasada, ondaki verlişlərin çoxu bağlandı, biz şəffaflıq üçün sadəcə kiçik düzəliş daxil etdik.

Rəsmi şəxslərin reaksiyasına gəlincə isə, bizim üçün çox önəmlidir ki, Gürcüstan höküməti hesabata görə narahat oldu və Freedom House-nun hesabatını ciddiyə aldı.

Gürcüstan iqtidarı bizim hesabatlarımızı hər il qəbul edirdi. Biz dörd müxtəlif hesabatlar hazırlayırıq və tamamən obyektivik”

Birinci Kanalın jurnalisti ancaq təqdimatdan sonra sual verə bildi:

“Siz hesabatdaki faktiki səhvi düzəltdiniz, ancaq bir çox faktlar yenə yanlış olaraq qaldı. Digər yanlışlıqları da düzəlməyi düşünürsünüz mü? Və yaxud məlumat aldığınız mənbələrin 100% doğru olduğundan əminsiniz mi?

Neit Şenkan belə cavab verdi:

“Biz bilirik ki, İctimai Yayımçının rəhbərliyi dəyişdi və bunu hesabatda da qeyd etdik, ancaq Gürcüstan parlamentində bir dominant partiyanın olduğu üçün, belə şəraitdə İctimai Yayımçının müstəqilliyi üçün təhlükə yaranır və bunu da hesabatda qeyd etdik. “İmedi” kanalına gəlincə isə, orada rəhbərliyin dəyişdirilməsi faktı biraz narahat edicidir çünki kanal siyasiləşdirilə bilər və bunu da hesabatda qeyd etdik.

“Bizim güvəndiyimiz tədqiqatçılarımız və analitiklərimiz var və onların arasında gürcülər də var, hansıların verdiyi məlumata inanırıq və hesabatın dəqiqliyində şübhəmiz yoxdur”.

Xatırladaq ki, Beynəlxalq qeyri-hökümət təşkilatı “Freedom House” keçid dövründə olan ölkələr haqqında hazırladığı 2017-ci ilin hesabatında Gürcüstanın İctimai Yayımçısı ilə bağlı buraxılan səhvi qəbul etdi və düzəltdi.

Hesabatda qeyd olunurdu ki, Vasil Mağlaperidze kanalın baş direktoru vəzifəsinə seçildikdən sonra, parlament iclaslarını birbaşa yayımlayan İkinci Kanalı bağladı.