İrakli Kobaxidze - Freedom House tərəfindən səhvlərinin qəbul etməsi deməkdir ki, hesabatı tənqid etməyimiz doğru idi
İrakli Kobaxidze - Freedom House tərəfindən səhvlərinin qəbul etməsi deməkdir ki, hesabatı tənqid etməyimiz doğru idi

Çox yaxşıdır ki, Freedom House yavaş-yavaş səhvlərini qəbul edir, – bu barədə bəyanatı jurnalistlərə Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze verdi.

Kobaxidzenin dediyinə görə, hesabatdaki səhvlər Freedom House-un günahı deyil, çünki yanlış məlumatları ona qeyri-obyektiv yerli təşkilatlar verirlər.

“Gürcüstanda yanlış məlumat yayan qeyri-hökümət təşkilatlar var və prezident administrasiyası da onlara daxildir. Çox yaxşıdır ki, yanlış məlumatlara düzəlişlər edilir. Bütün bunlar göstərir ki, hesabatı haqlı olaraq, tənqid etdik. Nəticədə, hesabatın doğruluğu üzrə məsuliyyət onun müəlliflərinə və Freedom House-a düşür” – dedi İrakli Kobaxidze.

Beynəlxalq təşkilat Freedom House 2017-ci ilin hesabatında mediaholdinq “İmedi” ilə bağlı yayılan iki yanlış faktı qəbul etdi və düzəltdi.

Bu barədə təşkilatın veb-səhifəsində məlumat yayıldı.

Məlumatı IMEDINEWS yayır.

Xatırladaq ki, ona qədər beynəlxalq qeyri-hökümət təşkilatı  keçid dövründə olan ölkələr haqqında 2017-ci ilin hesabatında İctimai Yayımçı ilə bağlı buraxdığı səhvi düzəltmişdi.

Hesabatda deyilirdi ki, Vasil Mağlaperidze İctimai Yayımçının baş direktoru seçildikdən sonra, parlament iclaslarını birbaşa yayan İkinci Kanalı bağladı.