Vyanada, "Albertina Muzeyində" Niko Pirosmaninin sərgisi açıldı (foto)
Vyanada, "Albertina Muzeyində" Niko Pirosmaninin sərgisi açıldı (foto)

Vyananın “Albertina Muzeyində” Niko Pirosmaninin “NIKO PIROSMANI – A Wanderer Between Worlds” sərgisi açıldı.

Ekspozisiyada rəssamın, Gürcüstan Milli Muzeyinin Şalva Amiranaşvili adına İncəsənət Muzeyinin kolleksiyasından 29 əsəri, həmçinin, 1972-ci ildə Parisdə, İliya Zdaneviçin “Pirosmanaşvili 1914” adlı kitabı təqdim olunub. Kitaba Pablo Pikaso tərəfindən yerinə yetirilmiş qravyura – “Pirosmaninin portreti” daxil olub.

Layihə çərçivəsində, həmçinin Yaponyalı memar, Tadao Ando tərəfindən yaradılmış “Table Of Pirosmani” stolu sərgilənib.

Sərginin əsas məqsədi, Niko Pirosmanaşvilinin yaradıcılığının geniş ictimaiyyətə tanış edilməsidir.

Vyanada, “Albertina Muzeyində” Niko Pirosmanaşvilinin sərgisinin təşkilatçısı Gürcüstan Milli Muzeyi, “Albertina Muzeyi” və “Infinitart Foundation Vienna”-dır.

Layihə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Layihənin partnyorları Julius Baer, TS Foundation, Lady Angela Nevill-dir.