Avstriya Daxili İşlər naziri vətəndaşları evdə qalmalarına yenə də çağırır
Avstriya Daxili İşlər naziri vətəndaşları evdə qalmalarına yenə də çağırır

Avstriya Daxili İşlər naziri vətəndaşları evdə qalmalarına yenə də çağırır.

Daxili İşlər naziri, Karl Nehammer “tvitter” sosial şəbəkəsi ilə vətəndaşlara paytaxtın mərkəzinə getməkdən tərəddüd etməyi məsəhət görür.

Hakimiyyətin qərarı ilə, bu gün məktəbə şagirdlər üçün getmək məcburi deyil. Daxili İşlər naziri validenyləri uşaqlarının evdə olmalarını təmin etməyə çağırır.

Dünən gecə Vyanada baş verən terror hücumundan sonra polis mümkün hücumçunun yaxalanması üçün xüsusi əməliyyat aparır.

Vyanada hücum 2 noyabrda, yerli vaxtla saat 20:00 radələrində, ümumxalq karantinin başlamasına qədər bir neçə əvvəl baş verdi. Polisin məlumatına görə, silahlı şəxs altı müxtəlif yerdə atəş açdı, o cümlədən sinaqoqanın həndəvəri ərazisində. Üç insan qətlə yetirilib, 15 nəfər xəsarət alıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, hücumçulardan biri qətlə yetirilib, birinin axtarışı aparılır. DİN əhalini evlərini tərk etməməyə, ictimai nəqliyyatdan istifadə etməməyə çağırır.

Meine Gedanken sind in diesen schweren Stunden bei den Opfern und ihren Angehörigen. Wir haben einen Anschlag von mindestens einem islamistischen Terroristen erlebt. 1/4

— Karl Nehammer (@karlnehammer) November 3, 2020