Avstriyada terror aktı nəticəsində daha bir mülki vətəndaş vəfat etdi
Avstriyada terror aktı nəticəsində daha bir mülki vətəndaş vəfat etdi

Avstriyada terror aktı nəticəsində daha bir mülki vətəndaş vəfat etdi.

Avstriya mediasının məlumatına görə, ümumilikdə hücum nəticəsində iki qadın və iki kişi vəfat edib.

Xüsusi əməliyyat zamanı polis hücumçulardan birini qətlə yetirdi. “Kroren Saytunq” nəşri yazır ki, hücum nəticəsində 17 insan xəsarət alıb.

Yayılan məlumata görə, hüquqmühafizəçilər dörd nəfəri yaxalayıblar və bu vaxt üçün biri axtarışdadır. Vyanada müxtəlif obyektləri ölkənin silahlı qüvvələri mühafizə edirlər.