David Zalkaliani - terrorizm və insanın fundamental hüquqlarının pozulması birgə güclərlə məğlub edilməlidir
David Zalkaliani - terrorizm və insanın fundamental hüquqlarının pozulması birgə güclərlə məğlub edilməlidir

Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani 2 noyabrda baş verən terror hücumuna “tvitter” vasitəsilə əks səda verir və baş verənlərə görə, kədərləndiyini ifadə edir.

“Vyanda baş verən terror hücuma görə, kədərləndiyimi ifadə edirəm. Avstriya xalqına və ölənlərin ailələrinə başsağlığı verirəm və xəsarət alanlara tezliklə sağalmalarını arzulayıram”, – nazir qeyd edir.

Xarici İşlər nazirinin bəyan etdiyinə görə, terrorizm dünya miqyası ilə məğlub edilməlidir.

“Terrorizm və insanın fundamental hüquqlarının pozulması birgə güclərlə məğlub edilməlidir və Gürcüstan sizinlə birlikdə bu missiyanın yerinə yetirilməsinə hazırdır”, – müraciətdə deyilir.

Vyanada hücum 2 noyabrda, yerli vaxtla saat 20:00 radələrində, ümumxalq karantinin başlamasına qədər bir neçə əvvəl baş verdi. Polisin məlumatına görə, silahlı şəxs altı müxtəlif yerdə atəş açdı, o cümlədən sinaqoqanın həndəvəri ərazisində. Üç insan qətlə yetirilib, 15 nəfər xəsarət alıb. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, hücumçulardan biri qətlə yetirilib, birinin axtarışı aparılır. DİN əhalini evlərini tərk etməməyə, ictimai nəqliyyatdan istifadə etməməyə çağırır.