Avstriyada terror hücumundan sonra Almaniya və Çexiya sərhəddə nəzarəti gücləndirdilər
Avstriyada terror hücumundan sonra Almaniya və Çexiya sərhəddə nəzarəti gücləndirdilər

Avstriyada terror hücumundan sonra Almaniya və Çexiya sərhəddə nəzarət mexanizmlərini gücləndirdilər ki, şübhəlilər ölkəni tərk edə bilməsinlər. Çexiya polisində bəyan edirlər ki, onlar avtomobilləri saxlayaraq sərnişinləri yoxlayırlar.

Vyanda terror hücumu nəticəsində dörd mülki vətəndaş qətlə yetirildi və 17 insan xəsarət aldı. Hüquqmühafizəçilər bir hücumçunu məhv etdilər. Dörd şübhəlini isə, yaxaladılar. Bu vaxt üçün polis, ən azından bir şübhəlini axtarır.