Avstriya polisinin məlumatına görə, terror hücumunun əsas şübhəlisi Şimali Makedoniyalı kişidir

15:13, 03.11.2020

Avstriya polisinin məlumatına görə, terror hücumunun əsas şübhəlisi Şimali Makedoniyalı 20 yaşlı kişidir. Avstriya yerli mətbuatının məlumatlına görə, hücumçunun Avstriya vətəndaşlığı da var idi, mühakimə olunmuşdu və həbsxanadan 2019-cu ilin dekabrında azad ediilmişdi.

Şübhəli Avstriyada terrorçu qruplaşmasının yaradılması üçün mühakimə edilmişdi.

Avstriya mediası yazır ki, terror aktına qədər hücumçu üzdəniraq İslam Dövlətinin yeni rəhbəri, Abu İbrahim Al-Haşiş Al-Kureyş qarşısında and içdi.

Hüquqmühafizəçilər axtarış zamanı onun tapança, maçete və “kalaşnikovla” əks olunduğu foto materialları götürdülər.

Hücumun əsas şübhəlisini polis qətlə yetirdi.

Oxşar