Strasburq Məhkəməsi Rusiyadan deportasiya edilən Gürcüstan vətəndaşlarının işi ilə bağlı qərarı bugün verəcək
Strasburq Məhkəməsi Rusiyadan deportasiya edilən Gürcüstan vətəndaşlarının işi ilə bağlı qərarı bugün verəcək

Strasburq Məhkəməsi Rusiyadan deportasiya edilən Gürcüstan vətəndaşlarının işi ilə bağlı qərarı bugün, Tbilisi vaxtı ilə saat 14:30-da verəcək.

Ədliyyə Nazirliyinin Beynəlxalq məhkəmələrdə dövlət nümayəndəliyi departamentinin rəhbəri Beka Dzamaşvilinin bəyanatına görə, Strasburq Məhkəməsi, Rusiya dövləti tərəfindən 2006-cı ildə, Gürcüstan vətəndaşlarının kütləvi deportasiyasına və insan hüquqlarının kobudca pozulmasına görə, Rusiyanın kompensasiyanın ödənilməsi ilkə bağlı qərar verəcək.

Müvafiq qərarın verilməsindən sonra, onun icrası ilə bağlı prosedurlar başlayacaq. Gürcüstan iqtidarı əlindən gələni edəcək ki, Rusiya maksimal şəkildə tez zamanda öhdəliyini yerinə yetirsin və kompensasiya məbləğini köçürsün.

Daha sonra isə, köçürülən məbləğ Strasburq Məhkəməsinin təsis etdiyi qayda ilə zərər görən şəxslər arasında bölüşdürüləcək.