Xaricdə olan Gürcüstan vətəndaşlarının vətənə mərhələ şəklində qaytarılması prosesi çərçivəsində, Batumi Beynəlxalq Aeroportuna Polşa paytaxtı Varşavadan xüsusi reys yerinə yetirildi.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, qeyd olunan xüsusi reyslə vətənə Gürcüstanın 179 vətəndaşı qayıtdı. Onlar aeroportda tibbi yoxlamadan keçdilər. Bundan sonra onları avtobuslarla “Eyforiya” mehmanxanasında açılan karantin zonasına yerləşdirdilər. 14 günlük karantin zamanı xaricdən qayıdan vətəndaşlar 24 saatlıq tibbi müşahidə altında olacaqlar.
İqtisadiyyat Nazirliyinin məlumatına görə, bütün Gürcüstan miqyası ilə karantin məkanı 83 mehmanxanada açılıb. Hazırda karantində 4889 insan qalmaqdadır.