Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstan nümayəndəsinin, Sandra Qadeliyanın mahnısının radio premyerası "Pikis Saati" verilişində 17 noyabrda baş tutacaq
Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstan nümayəndəsinin, Sandra Qadeliyanın mahnısının radio premyerası "Pikis Saati" verilişində 17 noyabrda baş tutacaq

Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstan nümayəndəsinin, Sandra Qadeliyanın mahnısının radio premyerası “Pikis Saati” (pik saatı) verilişində 17 noyabrda, saat 09:40-da baş tutacaq.

Sandra Qadeliyanın mahnısı üzərində bəstəkar, Qiqa Kuxianidze işlədi. Mahnının sözləri isə, Temo Sacaiyaya məxsusdur. Mahnının adı “You are not alone”-dur.

2020-ci ilin Avroviziya Uşaq Mahnı Müsabiqəsi 29 noyabrda, Varşavada keçiriləcək. Festivalda 12 ölkə iştirak edəcək. Koronavirus pandemiyası səbəbindən, bu ilki Avroviziya Uşaq Mahnı Müsabiqəsi fərqli formatda keçiriləcək. Şounun translasiyası Varşava studiyasından baş verəcək. İştirakçılar isə, müsabiqə mahnılarını öz ölkələrinin studiyalarından yerinə yetirəcəklər.