Gürcüstan nümayəndəsinin, Sandra Qadeliya Avroviziya Uşaq Mahnı Müsabiqəsində "Sən yalnız deilsən" mahnısı ilə təqdim olunacaq - mahnının radio premyerası "Pikis Saati" verilişində baş tutdu

Avroviziya Uşaq Mahnı Müsabiqəsində Gürcüstan nümayəndəsinin, Sandra Qadeliyanın mahnısının radio premyerası “Pikis Saati” verilişində baş tutdu.

Sandra Qadeliyanın mahnısı üzərində bəstəkar, Qiqa Kuxianidze işlədi. Mahnının sözləri isə, Temo Sacaiyaya məxsusdur. Mahnının adı “You are not alone”-dur (sən yalnız deyilsən).

2020-ci ilin Avroviziya Uşaq Mahnı Müsabiqəsi 29 noyabrda, Varşavada keçiriləcək. Festivalda 12 ölkə iştirak edəcək. Koronavirus pandemiyası səbəbindən, bu ilki Avroviziya Uşaq Mahnı Müsabiqəsi fərqli formatda keçiriləcək. Şounun translasiyası Varşava studiyasından baş verəcək. İştirakçılar isə, müsabiqə mahnılarını öz ölkələrinin studiyalarından yerinə yetirəcəklər.